ABŞ-ın məşhur brendindən Azərbaycana qarşı təxribat -
Amerikanın məşhur üst geyim brendi “HUF” üzərində qondarma Dağlıq Qarabağ rejiminin bayrağı olan yeni hudilər (başlıqlı yumşaq sviter) buraxıb.
Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.
Separatçı rejimin üçrəngli bayrağı sviterlərin sol qolu üzərində ağ xalça naxışı ilə Koreya Respublikası və İsveçrənin bayraqları arasında həkk olunub.
Məlumata görə, brendin yeni geyimləri artıq ABŞ və Avropanı fəth edib. Ermənilər “You Tube” kanalına Hollandiya mağazalarında üzərində “Artsax” bayrağı olan sviterlərin satışını nümayiş etdirən videoçarx da yükləyib.
Xəbərdə qeyd edilir ki, “HUF” brendi 2002-ci ildə Los-Ancelesdə həvəskar skeytbord Keyt Hufnagel tərəfindən təsis edilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26