Interposta.Info

Bakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi (VİDEO)

Ölkə
 10-11-2019, 11:21     10 359

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə Bakı şəhərindəki bir sıra binalar və abidələr Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Fondan "İnterPosta.info"-ya verilən məlumata görə, "Qız Qalası”, eləcə də "Alov Qüllələri”, "Bakı Kristal Zalı”, Bakı Olimpiya stadionu və digər binalar Azərbaycan bayrağına bürünüb.

Həmçinin gün ərzində şəhərdəki monitorlarda Azərbaycan bayrağı nümayiş olunub. Bütünlüklə üçrəngli bayrağımızla bəzənən Bakıda gün ərzində möhtəşəm görüntülər yaranıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26