Interposta.Info

Rusiya ABŞ-a 103,9 mlrd. dollar borc verib

Dünya
 17-11-2017, 07:34     8 732

Rusiya sentyabr ayında ABŞ dövlət istiqrazlarına investisiya həcmini 1,5 mlrd. dollar və ya 1,4% azaldaraq 103,9 mlrd. dollara endirib.

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb.

Məlumatda bildirilib ki, Rusiyanın ABŞ istiqrazlarına maksimal investisiyası 2013-cü ildə qeydə alınıb və 150 mlrd. dollar təşkil edib. 2017-ci ilin əvvəlindən isə Rusiyanın ABŞ-a verdiyi borcun həcmi 20,7% artım göstərib. Beləliklə, Rusiya ABŞ kreditorları siyahısında 15-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, ABŞ-ın ən böyük kreditoru olan Çinin əlində 1,18 trln. dollarlıq dövlət istiqrazı var. İkinci sırada yerləşən Yaponiya 1,096 trln., İrlandiya 310,8 mlrd., Braziliya 272,8 mlrd. və Kayman adaları 267,6 mlrd. dollarlıq istiqraza sahibdir. İlk 10-luqda digər ölkələr sırası ilə İsveçrə, Britaniya, Lüksemburq, Honq-Konq və Tayvandır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26