Interposta.Info

Yunanıstanı iqtisadi böhrandan marixuana çıxaracaq? - SENSASİYA...

Dünya
 15-11-2017, 07:26     7 806

Yunanıstan höküməti tibbi məqsədlər üçün marixuananın yetişdirilməsini yeddi illik böhrandan sonra iqtisadiyatın bərpasına kömək edən bir iş hesab edir.

Bu barədə ölkənin kənd yerlərinin və ərzağın inkişafı naziri Evangelos Apostolu "Blomberq" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə tibbi mariuxana istehsalçıları artıq Yunanıstanda 1,5 milyard avrodan çox gəlir gətirəcək xaş-xaş istixanalarının yaradılması layihəsinə maraq göstərirlər. Yunanıstan tibbi məqsədlər üçün dünya kannabis (xaş- xaş) bazarına çıxmağa çalışır. Hökümət növbəti 10 ildə xaş-xaşın potensial həcmini 200 milyard avro dəyərində qiymətləndirir.

Yunanıstanda tibbi məqsədlər üçün mariuxananın leqallaşdırılması haqqında qanun layihəsində göstərilir ki, 12-15 istixana kompleksi 400 iş yerinin açılmasına səbəb ola bilər. 2011-ci ilin noyabrından ölkədə işsizliyin səviyyəsi 20%-dən aşağı düşməyib və hələ də Avropa Birliyində ən yüksək səviyyə hesab olunur.

Yunanıstan höküməti bu ilin sonunadək qanun layihəsini parlamentə göndərəcək. Apostolu qeyd edib ki, ölkə hakimiyyəti Uruqvaydakı kimi mariuxananın yetişdirilməsinin, alış-satışının və mariuxananın istənilən məqsədlə istifadəsinin tamamilə dekriminallaşmasına hazırlaşmır.

"Forbes" nəşri “Brightfield Group” firmasının analitik məlumatlarına əsasən yazır ki, hal-hazırda dünya bazarında tibbi mariuxananın ümumi həcmi illik 8 milyard dollara yaxındır. Bu rəqəmin 2021-ci ilə 31,4 milyard dollar olacağı gözlənilir. Hal-hazırda 90% satış ABŞ-ın üzərinə düşür, amma dörd ildən sonra onların payı 60% -ə qədər aşağı düşə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26