Interposta.Info

Ankarada kütləvi həbslər

Dünya
 9-11-2017, 17:38     9 058

Türkiyə polisi və təhlükəsizlik qüvvələri Ankarada “İslam dövləti” terror qruplaşmasının (İŞİD) üzvləri olduğu ehtimal edilən şəxslərin yaxalanması üçün genişmiqyaslı əməliyyat aparır.

interposta.info-ın Report-a istinadən verdiyi məlumata görə, artıq 101 nəfər saxlanılıb.

Bildirilir ki, əməliyyatda təqribən 1,5 min polis iştirak edir və bu, 250 ünvan üzrə keçirilir. Hazırda 245 nəfərin tutulmasına order verilib. Əməliyyat zamanı terror qruplaşmasının fəaliyyəti ilə bağlı kağız və rəqəmli daşıyıcılarda materiallar müsadirə edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26