Interposta.Info

ABŞ Rusiyanın şah damarını kəsir: Tam qadağa

Dünya
 1-11-2017, 11:37     9 305

ABŞ Maliyyə Nazirliyi Rusiyaya energetika sahəsində sanksiyaların necə tətbiq olunacağını açıqlayıb.

Nazirlik bu barədə bəyanatını öz rəsmi saytında yerləşdirib. Yeni sanksiyalara əsasən, bütün amerikalılara Rusiyaya dərin sularda, Arktika şelf zonasında birbaşa və ya dolayısı yolla xidmət və texnologiyalar ixrac etmək qadağan edilib. Vaşinqton xüsusilə amerikalıların bu istiqamətdə Rusiyaya fayda verəcək bütün layihələrdən uzaq durmağını tələb edib.

Maliyyə Nazirliyi sanksiyalara Rusiyanın potensial neft hasil etdiyi layihələr, eləcə də dəniz sularında Moskvanın gerçəkləşdirdiyi bütün neft layihələrinin məruz qalacağını bildirib.

Amerikalılara həmçinin Rusiyada sanksiyalar altına düşən şəxslərlə də əlaqə qurmaq qadağan olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26