Interposta.Info

Türkiyə köhnə vaxta qayıdır

Dünya
 28-10-2017, 12:49     10 441

Türkiyə 2018-ci il oktyabrın 28-i bazar günü saatı 1 saat geri çəkəcək.

interposta.info Lent.az-a istinadən xəbər verir ki, davamlı yay saat tətbiq olunması 2018-ci ildə bitəcək.

Türkiyənin Nazirlər Kabinetinin qərarına əsasən, gələn ilin oktyabrın 28-i saat 4:00-dan etibarən bütün ölkədə saatlar geri çəkiləcək.

Gün işığından daha çox yararlanmaq məqsədi ilə Türkiyənin Nazirlər Kabinetinin ötən ilin oktyabr ayında qəbul etdiyi 2016/9154 saylı qərarı 2018-də ləğv ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26