Interposta.Info

İyunun 28-i avtobuslar işləyəcək? - Rəsmi

Ölkə
 25-06-2021, 11:32     458

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən "İnterPosta"ya bildirilib. Qeyd edilib ki, 26 İyun - Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi, 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26