Belçikada PKK tərəftarları türk məhəlləsinə basqın etdi
Belçikada PKK terror təşkilatının tərəftarları türklərə hücum edib.
Musavat.com-un məlumatına görə, qarşıdurmada 1-i polis olmaqla 8 nəfər yaralanıb. Məlumata görə, 50-dən çox PKK tərəfdarı saxlanılıb. Hadisə Anvers şəhərində baş verib. Bildirilir ki, üstünə Abdullah Öcalanın plakatı yapışdırılmış avtobus türklərin yaşadığı məhəlləyə girib. PKK tərəfdarları avtobusdan düşərək terror təşkilatının sloqanlarını səsləndiriblər. Bu zaman türklərlə PKK tərəftarları arasında qarşıdurma baş verib.
Yaralı türklərdən birinin bıçaqlandığı bildirilir. Hadisə yerinə gələn polislər qarşıdurmanı yatırmaq üçün bibər qazından istifadə ediblər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26