Interposta.Info

Timoşenko Poroşenkonu oğurluğa görə öz əlini kəsməyə çağırıb

Dünya
 14-10-2017, 12:19     10 423

Ukraynanın "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko ölkə prezidenti Pyotr Poroşenkoya silahlı qüvvələrdə etdiyi oğurluğa görə öz əlini kəsməyi təklif edib.

interposta.info “Report”a istinadən xəbər verir ki, partiya lideri Poroşenkonu ordunun təmin edilməsi üçün saxta müqavilələr hesabına büdcədən böyük miqdarda vəsaitlər mənimsəməkdə ittiham edib.

Timoşenko xatırladıb ki, Poroşenko bundan əvvəl orduda korrupsiya ilə məşğul olanların əlini kəsəcəyini vəd edib.

"Mən eşidəndə ki, onlar ordudakı bütün korrupsionerlərin əlini kəsəcəklər, fikirləşdim ki, bəs onlar bundan sonra belə müqavilələri necə imzalayacaqlar", — deyə Timoşenko Ukrayna televiziyasının efirində bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26