Interposta.Info

İraqda kafedə partlayış törədilib, ölən və yaralananlar var

Dünya
 12-10-2017, 13:37     6 776

İraqın Ənbar əyalətinin Hit şəhərində kafedə partlayış baş verib
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 11 nəfər ölüb, 15 nəfər yaralanıb. Məlumata əsasən, terrorçu-kamikadze kafedə üzərindəki partlayıcı qurğunu işə salıb. Ölənlərin hamısının mülki şəxslər olduğu bildirilir.
Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Hazırda İraq ordusu Ənbar əyalətinin qərbində İŞİD-ə qarşı hərbi əməliyyat keçirir. Hit şəhəri döyüşlər gedən ərazidən təxminən 160 km aralıda yerləşir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26