Interposta.Info

Türkiyənin xarici borcu ÜMM-nin yarısını ötüb

Dünya
 30-09-2017, 19:01     10 445

Türkiyənin məcmu xarici borcu 2017-ci ilin ilk yarısında 20 mlrd. ABŞ dollarından çox artaraq son 14 ildə ilk dəfə ümumi milli məhsulun (ÜMM) yarısını ötüb.

"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xəzinədarlığı yayıb.

Məlumata görə, Türkiyənin məcmu xarici borcu aprel ayının 1-nə ÜMM-in 48,6%-ni təşkil edirdisə, iyulun 1-nə bu göstərici 51,8%-ə çatıb.

Beləliklə məcmu xarici borc II rüb ərzində 412 mlrd. dollardan 432,4 mlrd. dollara yüksəlib.

Eyni dövr ərzində Türkiyənin xalis borcu isə 6% artaraq 267 mlrd. dollardan 283,1 mlrd. dollara çatıb. Xalis borcun ÜMM-ə nisbəti isə 31,5%-dən 33,9%-ə yüksəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26