Interposta.Info

Putin Poroşenkoya ad günü hədiyyəsi etdi - Saakaşvili

Dünya
 27-09-2017, 13:31     10 429

Kalinovka şəhərində yerləşən hərbi hissə anbarındakı partlayış Putinin Poroşenkonun ad gününə göndərdiyi hədiyyədir.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın keşmiş prezidenti Mixail Saakaşvilli deyib. Onun sözlərinə görə, Putin bu hərəkətiylə həm də ABŞ-a bir mesaj göndərib:

“Çünki ABŞ Ukraynaya silah verib. Əsas sual ondan ibarətdir ki, görəsən, niyə biz Putinə belə hədiyyələr etməyə icazə veririk”.

Qeyd edk ki, ötən gecə Ukraynanın Vinnitsa vilayətində, Kalinovkada yerləşən hərbi hissənin silah anbarında güclü partlayış baş verib. Partlayışda hələlik bir nəfərin yaralandığı bildirilir.

interposta.info qeyd edir ki, hərbi hissəyə yaxın ərazilərdə yaşayan 30 min insan təxliyə edilib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26