Interposta.Info

Kürdlərin şok planı:

Dünya
 27-09-2017, 10:23     10 402

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin müşaviri Hoşyar Zəbarinin evində referendum öncəsi, daha dəqiq desək, iyulun 22-də gizli siyasi toplantının keçirildiyi iddia edilib.

Axar.az “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, həmin toplantıda Kərkükün paytaxt olması, PKK ilə birgə ordu qurulması, Suriya-İraq sərhəd-keçid məntəqlərinin ləğv edilməsi, vahid pasport sisteminin yaradılması ilə türkman və ərəblərə qarşı növbəti assimilasiyasının davam etdirilməsi müzakirə edilib. Bundan əlavə, görüşdə mövcud ərazilərin daha da böyüdülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qəzet iddia edir ki, Mosulun Kürdüstana qatılması müzakirə olunan məsələlər arasında olub.

Amerikalı diplomatların da bu toplantıda iştirak etdiyi və Bərzaniyə son təlimatların verildiyi deyilib.

Son olaraq vurğulanıb ki, Suriyanın Afrin, Haseke, Menbiç, Qamışlı, Tel-Abyad, Dırbesiye, Kobani kimi şəhərlərində də bənzər kürd muxtariyyətinin yaradılması layihəsi barədə danışılıb.

Qeyd edək ki, bundan öncə Kərkükdə keçirilən sözügedən məxfi görüşdə ABŞ diplomatı Peter Qalbraytın iştirak etdiyi, hətta onun gələcək Kürdüstanda ABŞ-ın səfiri olacaq şəxs kimi təqdim edildiyi iddia edilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26