Interposta.Info

Kalaşnikovun heykəli ucaldıldı -

Dünya
 20-09-2017, 07:32     10 394

Rusiyanın paytaxtı Moskvada dünyanın ən çox istifadə edilən silahı AK-47-nin yaradıcısı Mixail Kalaşnikovun heykəli ucaldılıb.

Axar.az xəbər verir ki, açılışda iştirak edən Rusiya Mədəniyyət naziri Mixail Medinski sözügedən “Kalaşnikov” silahının ölkədə daha çox mədəniyyət markası kimi xatırlandığını bildirib.

“Kalaşnikov bir rusun ən yaxşı özəlliklərinə sahibdir: Tanrı vergisi, bacarıq, sadəlik və dürüstlük”, - nazir bildirib.

Qeyd edək ki, Rusiyanın Altay vilayətində doğulan Kalaşnikov 2013-cü ilin 23 dekabrında Udmurtiya Respublikasında vəfat etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26