Interposta.Info

Azərbaycanlı sabiq nazir müavininə Rusiyada yüksək vəzifə verildi (YENİLƏNİB)

Siyasət
 20-05-2020, 20:07     812

Rusiyanın Baş naziri Mixail Mişustinin İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad etdiyi Azər Talıbova yeni vəzifə verilib.

"İnterPosta" "İnterfaks”a istinadən xəbər verir ki, Azər Talıbov Rusiya İxrac Mərkəzinin strukturuna daxil olan "Roseksimbank”a başçılıq edəcək.

13.57

Azər Talıbov Rusiya İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustun əmr imzalayıb. Baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Qeyd edək ki, A.Talıbov 1979-cu il fevralın 10-da Moskvada anadan olub. 2002-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistraturasını bitirib. 2002-ci ilin noyabrından 2008-ci ilin iyun ayına qədər İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin iyunundan 2012-ci ilin iyun ayınadək İqtisadi İnkişaf nazirinin köməkçisi vəzifəsində işləyib. 2012-ci ilin iyun ayında Rusiya Federasiyası Prezidentinin köməkçisinin aparat rəhbəri vəzifəsinə keçib və 2013-cü ilin iyul ayına qədər bu vəzifədə çalışıb. Ardından "Rusiya Bankı” sədrinin katibliyinin müdiri təyin edilib. A.Talıbov 2017-ci ilin yanvar ayından nazir müavini vəzifəsində çalışırdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26