Interposta.Info

Türk və islam dünyasına şad xəbər - Anlaşma

Dünya
 10-09-2017, 20:49     10 477

Astanada İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) arasında Anlaşma Memorandumu imzalanıb.

Virtualaz.org Türk Şurası katibliyinə istinadən bildirir ki, sənəd İƏT-in elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov tərəfindən imzalanıb.

İki təşkilat arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirəcək memorandum, həmçinin Türk Şurasının İslam Əməkdaşlıq Təşkilatına müşayiətçi statusu ilə üzvlüyünə əsas verir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26