Interposta.Info

Türk Şurasının adı dəyişdirildi
 

Siyasət / Manşet
 12-11-2021, 19:23     431

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

"İnterPosta" xəvər verir ki, bununla bağlı qərarı noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

Bundan başqa Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv qəbul edilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləridir. Macarıstan və Türkmənistan müşahidəçi statusundadır.

Bu gün təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26