Interposta.Info

Ağacan Abiyev vəzifədən çıxarılması xəbərindən danışdı

Dünya
 5-09-2017, 13:57     7 976

Milli Məclisin İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılmağımla bağlı xəbər yalandır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Ağacan Abiyev deyib. Komissiya sədrinin sözlərinə görə, hazırda vəzifəsinin icrasını davam etdirir:

"Bu yalanın necə və niyə yayılmasını təsəvvür belə edə bilmirəm. Mən mediaya açıq adamam, məlumatı ən azı mənimlə dəqiqləşdirmək olardı".

Qeyd edək ki, az öncə A.Abiyevin MM-in İntizam Komissiyasının sədri vəzifəsindən çıxarıldığı barədə mediada məlumat yayılmışdı. Hətta A.Abiyevin yerinə deputat Siyavuş Novruzov təyin edildiyi bildirilirdi.

Siyavuş Novruzov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26