Interposta.Info

Siyavuş Novruzov: “Parlament fəaliyyətini davam etdirəcək”

Siyasət
 28-11-2019, 15:46     371

“Parlament fəaliyyətini davam etdirəcək. Azərbaycanda yeni parlamentin səlahiyyətləri qüvvəyə mindikdən sonra köhnə parlamentin səlahiyyətləri bitmiş hesab olunur”.
"İnterPosta.info" APA-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, bu barədə Azərbaycan Konstitusiyasında qeyd edilib.

S. Novruzov həmçinin bildirib ki, növbəti parlament seçkilərinin vaxtını Azərbaycan Prezidenti müəyyən edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26