Interposta.Info

Braziliyanın neft şirkətinə qarşı korrupsiya ittihamı hazırlanıb

Dünya
 26-08-2017, 20:39     10 421

Braziliyanın dövlət neft şirkəti “Petrobras”ın törəməsi “Transpetro” barəsində korrupsiya ittiham aktı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, ittiham aktını Braziliya Baş Prokurorluğu hazırlayıb. Baş prokuror Rodrigo Janot deyib ki, ölkənin ən böyük neft və qaz nəqli şirkəti olan “Transpetro”nun sazişlər üzrə aldığı vəsaitləri rüşvət üçün istifadə etdiyi barəsində, eləcə də ölkənin sabiq Prezidenti Jose Sarney ilə bəzi siyasətçi və iş adamları haqqında korrupsiya əməlləri üzrə hazırlanan ittiham aktı Ali Məhkəməyə təqdim olunub. Ali Məhkəmənin ittiham aktına baxması və hər hansı qərar verməsi üçün müəyyən bir müddət göstərilməyib.

İttiham aktında adları olan siyasətçilərin hamısı Braziliya Prezidenti Mişel Temerin partiyası olan Braziliya Demokratik Hərəkat Partiyasının (PMDB) üzvləridir. İttiham aktında 2008-2012-ci illərdə dövlətin müqavilə bağladığı şirkətlər tərəfindən PMDB-nin əyalət və bələdiyyə qurumlarına “Transpetro” vasitəsilə pul köçürüldüyü iddia edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26