Interposta.Info

Rusiyada azərbaycanlıların sıx yaşadığı şəhərdə əhaliyə hücum olundu-

Dünya
 19-08-2017, 15:09     10 815

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində naməlum və bəzi mənbələrə görə, maskalı şəxslər şəhərin mərkəzi küçələrindən birində piyadaılara hücum edib.

Virtualaz.org yerli mənbələrə istinadən bildirir ki, hələlik baş verənlər barədə rəsmi mıəlumat verilməsə də, social şəbəkələrdə yerli sakinlər iki nəfərin ölməsi və bir neçə yaralı barədə yazıblar.

Eyni zamanda, yerləşdirilmiş fotoşəkillərdən ölənlərin olduğunu görmək mümkündür.

Rusiya İstintaq Komitəsinin dairə üzrə idarəsi hadisə barədə rəsmi məlumat yayıb.

Mənbəyə görə, bıçaqla silahlanmış naməlum şəxs 8 nəfərə xəsarət yetirib. Yaralılar xəstəxanaya çatdırılıb.

Ölənlər barədə məlumat verilmir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26