Interposta.Info

Gürcüstandan Rusiyaya çağırış: Buna son qoyun!

Dünya
 11-08-2017, 17:55     10 390

Gürcüstan Xarici İşlər Nazirliyi Abxaziya ilə sərhəddə tikanlı məftillərin çəkilməsini pisləyən bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda Rusiyanın bu addımı yerli əhalinin fundamental hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

“Bu addım əhalinin sərbəst hərəkət etmək, təhsil və sağlamlıq hüquqlarını məhdudlaşdırır. Bu da öz növbəsində Abxaziya regionunda humanitar vəziyyətin ağırlaşdırılmasına gətirib çıxaracaq”, - deyə bəyanatda vurğulanıb.

XİN Rusiyanı Gürcüstana qarşı aqressiv addımlara son qoymağa, beynəlxalq hüquq normalarına, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26