“Türkiyə bizim düşmənimizdir” -
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-dakı səfiri Yusif Uteybenin qalmaqallı yazışması dərc olunub.
Azvision.az-ın məlumatına görə, səfir qalmaqal yaradacan yazışmasında ölkəsinin Qətərə və Türkiyəyə nifrət etdiyini açıq şəkildə bəyan edib.
BƏƏ-nin ABŞ-dakı səfirinin yazışması “Nyu York Tayms” qəzetinin jurnalisti tərəfindən ictimailəşdirilib.
Uteybe Qətər böhranının qızışdırılmasında vacib fiqurlardan biridir. Onun Vaşinqtonda BƏƏ-nin və Səudiyyə Ərəbistanının maraqlarını lobbiləşdirdiyi iddia edilir.
Səfir Donald Trampın kürəkəni Cared Kuşnerlə çox yaxındır.
Xatırladaq ki, həmin səfir may ayında daha bir qalmaqallı çıxışı ilə yadda qalmışdı. O zaman Uteybe Türkiyə prezidenti Ərdoğan barədə demişdi: “O, yalnız güc dilini anlayır”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26