Interposta.Info

Ermənistanda yezidilərin yas mərasimi gülləbaran edildi

Dünya
 1-08-2017, 15:13     10 169

Ermənistanın Araqatsotn vilayətində naməlum şəxs Şamiram kəndinin qəbiristanlığında yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş zala daxil olaraq mərasim iştirakçılarını gülləbaran edib

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub, daha altı nəfər yaralanıb.

Qeyd olunur ki, Şamiram kəndinin əhalisi yezidilərdən ibarətdir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Hazırda polis şübhəlinin axtarışı ilə məşğuldur. Təfərrüatlar bildirilmir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26