Interposta.Info

Tramp daha bir mankeni bloka atdı

Dünya
 31-07-2017, 16:23     10 292

Etdiyi hər hərəkətlə diqqət mərkəzinə düşən ABŞ prezidenti Donald Tramp bu dəfə sosial şəbəkədə tanınmış makeni bloka atıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış model Krissi Teyqen bu günlərdə Trampın tvitter səhifəsinə daxil ola bilmədiyini və sonradan prezident tərəfindən əngəlləndiyini öyrəndiyini deyib. O, prezidentin niyə belə addım atmasını bilmədiyini söyləyib və "Bu mənim üçün qürurvericidir" deyə, zarafat edib.

Qeyd edək ki, bəzi amerikalılar Trampın addımını insan haqlarına müdaxilə kimi qiymətləndirərək modelə dəstək ifadə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26