Interposta.Info

Donald Trampın çıxışından daha çox diqqəti o qadın cəlb etdi

Dünya
 25-07-2017, 18:31     10 400

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Obamanın imzaladığı tibbi sığorta qanununun ləğvi ilə əlaqədar keçirilən seçkilərdən əvvəl Ağ Evdə çıxış edib. Lakin Trampın arxasında dayanan qadın hər kəsin diqqətini elə çəkib ki, prezidentin çıxışı arxa planda qalıb.

Tramp “Obamacare”, yəni tibbi sığorta qanununun ölkənin səhiyyə sistemini çökdürdüyünü müdafiə edərkən hər kəs arxadakı dayanan qadına baxıb. Qadının üzgün halı gözlərdən qaçmayıb, çünki qaşları elə formada olub ki, diqqət etməmək mümkün deyilmiş.

Dərhal sosial mediada müzakirə mövzusuna çevrilən bu qadına “qaşlarının yenidən düzəldilməsi lazımdır” şərhləri verilib. Həmin qadının kim olduğunu isə heç kim bilmir. Lakin bəzi təxminlərə görə, həmin qadın Obama tibbi sığortasının Amerika qadınına verdiyi zərəri simvolizə etmək üçün orada olub.

Müvafiq qanunvericilik sənədinə dair səsvermə sabah olacaq və respublikaçıların yeni tibbi sığorta qanununun qəbulu üçün 51 səsə ehtiyacı var./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26