Interposta.Info

Baltikyanı ölkələrin böyük və qorxunc qonşunun təhdidi qarşısında tək pənahı NATO-dur

Dünya
 23-07-2017, 21:18     9 576

Rusiyanın sentyabrda 100 min hərbçinin iştirakı ilə keçirəcəyi hərbi təlimlərini bölgənin işğalına hazırlıq kimi qiymətləndirənlər belə var

İyun ayında Litvada NATO-ya daxil olan ölkələrin hərbi hissələrindən formalaşan qoşunların iştirakı ilə “Flaming Thunder” (“Alovlu ildırım”) kod adı altında təlimlər keçirilib.

Təlimləri müşahidə edən İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin müxbiri Rudolf Hermann təlimdə iştirak edən qrupun keçən aylarda Batlikyanı bölgəyə atılan çoxmillətli taborlardan ibarət olduğunu yazıb.

Məsələn, tək Litvanın ərazisinə Bundesverin (Almaniya ordusu-red.) 112 saylı motoatıcı taboru yerləşdirilib. Latviya, Estoniya və Polşada isə Kanada, Böyük Britaniya və ABŞ-ın hərbi hissələri dislokasiya edilib.

Müəllif NATO-nun Baltikyanı bölgədə iştirakını gücləndirməsini Qərb və Rusiya arasında Krımın işğalından sonra əsən soyuq küləyə reaksiya kimi qiymətləndirib.

Yazıda 13 il bundan öncə NATO-ya daxil edilən bölgə dövlətlərinin Ukrayna torpaqlarının işğalından sonra tarixi, coğrafi və siyasi səbəblərdən dolayı böyük bir təhdidlə üz-üzə gəldiklərini hiss etməyə başladığı qeyd olunub.

Şimali Atlantika Müqavilət Təşkialtının nizamnaməsi üzv dövlətlərə kollektiv müdafiə haqqını təmin edir. Nizamnamənin 5-ci maddəsinə əsasən, NATO üzvlərindən birinə qarşı ediləcək hücum bütün dövlətlərə qarşı həyata keçrilmiş sayılır və bu müharibə vəziyyəti üçün əsas hesab olunur.

Məqalədə Baltikyanı dövlətlərin Tramp hakimiyyətə gəldikdən sonra özlərini Rusiya-NATO savaşında şahmatda olduğu kimi “qurban verilməyə hazır piyada” rolunu oynamaq təhlükəsi qarşısında hiss etdiyi yazılıb. Lakin təşkilatın kəçən ilki Varşava sammitində onlara bu narahatlığın əsassız olduğu barədə söz verilib.

“Hərbi hissələrin sayının effektiv şəkildə artırılması göstərdi ki, NATO hələ fəaliyyət göstərir”, - Litvanın müdafiə nazirinin müavini Gedrimas Yeqlinskas məqalə müəllifinə bildirib.

Bütün bunlara rəğmən, ekspertlər tərəfindən bölgə üzərindəki təhlükənin sovuşmadığını söyləyənlər də var. Onların fikrincə, NATO taborları Rusiyanın səfərbər edə biləcəyi hərbi qüvvələr qarşısında olduqca cüzi görünür.

Xüsusilə, Rusiya və Belarusun birgə keçirəcəkləri “Qərb-2017” hərbi təlimlərdə ən az 100 minlik ordunun iştrak edəcəyi gözlənilir. Bundan başqa, NATO-nun hərbi kontingentlərinin tez-tez yerdəşyişməsi narahatlığa rəvac verən səbəblərdən biri olaraq göstərilir.

“NATO taborları orta hesabla hər ölkədə sadəcə yarım il qala bilirlər”, - Herman qeyd edir.

Müəllif burada diplomatiyanın güclü rol oyanayacağını bildirir.
NATO-nun Vilnüsdə yerləşən qüvvələr inteqrasiyası üzrə (NATO Force Integration Unit) qərargahında çalışan ABŞ zabiti Endryu Kempin məqalə müəllifinə verdiyi açıqlamaya görə, alyans dövlətləri həm Rusiyanı effektiv şəkildə durdurmağa nail olmalı, eyni zamanda da qarşı tərəf üçün ciddi təhdid törətmədiklərini göstərməlidirlər. Bu səbəbdən bir sıra ekspertlərin rəyinə əsasən, burada əsas vurğu hərbi hissələrin say çoxluğuna və gücünə deyil, onların çoxmillətli əsasda formalaşdırılması faktına yönəldilməlidir. Çünki məhz belə olan halda bölgəyə edilən istənilən hücum bütün üzv ölkələrə edilmiş sayılacaq ki, bunun da siyasi nəticələrini görmək o qədər də çətin deyil.

interposta.info
Baltikyanı ölkələrin böyük və qorxunc qonşunun təhdidi qarşısında tək pənahı NATO-dur
Baltikyanı ölkələrin böyük və qorxunc qonşunun təhdidi qarşısında tək pənahı NATO-dur
Baltikyanı ölkələrin böyük və qorxunc qonşunun təhdidi qarşısında tək pənahı NATO-dur
Baltikyanı ölkələrin böyük və qorxunc qonşunun təhdidi qarşısında tək pənahı NATO-dur
Baltikyanı ölkələrin böyük və qorxunc qonşunun təhdidi qarşısında tək pənahı NATO-dur

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26