Interposta.Info

"Bundan daha pisi ola bilməz"-

Dünya
 21-07-2017, 14:32     583

“Tramp o qədər yalan danışır ki, indi onun heç bir sözünə inanan yoxdur”

ABŞ mətbuatı Hamburqda keçirilən G20 ölkələrinin zirvə toplantısında dövlət və hökumət başçılarının, habelə mətbuat və ictimaiyyət nümayəndələrinin şərəfinə verilmiş ziyafət zamanı Donald Trampın Vladimir Putinlə bir masa arxasında oturmaq fürsətini qaçırmaması faktını hiddətlə qarşılayıb.

Xatırladaq ki, bununla bağlı ilk xəbəri politoloq Yan Bremmer məlumat vermişdi. Onun sözlərinə görə, prezidentlər "təkbətək və qızğın" söhbət edib və orada ABŞ-lı tərcüməçinin olmaması şam yeməyində hamını təəccübləndirib.

Lakin ABŞ prezidenti yayılan informasiyanın təhrif olunmuş şəkildə və ona qəsdən iftira atılaraq veridliyni bildirərək bununla bağlı ittihamları rədd edib.

ABŞ prezidentinə qarşı müxalif mövqedə dayanmasına baxmayaraq, The Washington Post məsələ ətrafında yaranan hay-küyün bir qədər şişirdildiyi düşüncəsindədir.

Qəzetin fikrincə, əsas problem daha çox prezidentin Rusiya ilə təşviş doğurucu və hələ də müəyyən olunmayan münasibətlərə malik olması ilə bağlıdır.

Qəzet Donald Trampın Rusiya rəsmiləri ilə ilk görüşündə (xarici işlər naziri Lavrovun Ağ Evədə qəbul edilməsi nəzərdə tutulur-red.) məxfi informasiyanı ağzından qaçırdığını xatırladaraq, bu səbəbdən Putinlə hər görüşdən sonra onun boşboğzlıq etmək ehtimalının ABŞ rəsmilərini qorxutduğunu bildirir.

Məsələni üzə çıxaran Yan Bremmer isə “Time” jurnalında xüsusi məqalə dərc edib.

Bremmer Hamburqdakı məlum görüşlə əlaqədar 5 əsas cəhətin mövcudluuna diqqət çəkib:

1. Tramp manipulyasiyalara açıq adamdır. O, lazım olmayan yerdə və vaxtda çərənləməyi sevir.

2. Görüş zamanı sadəcə rus tərcüməçi yer alıbb. Yəni belə çıxır ki, bütün söhbət yalnız Putinə sadiq olan rusiyalı mütərcimin güvənliliyi və qabiliyyətinə əsaslanıb. Kim bilir, bəlkə Trampın özü şübhələnmədən onunla başqa məsələlərdən danışıblar.

3. Həmin vaxt G20 ölkələrinin başçıları onların söhbət masasına təşvişlə göz yetirirlərmiş. Üzv ölkələri Trampın Putinlə həddən artıq canfəşanlığı olduqca narahat edib.

4. Yalan, lənətə gəlmiş yalan və yenə yalan. Trampın yalançılığı ona qarşı bütün inam və etimadı sarsıdıb.

5. Qeyri-rəsmi sayılmasına rəğmən məhz bu görüşü Tramp-Rusiya bağları ilə bağlı ifşaedici faktlardan biri adlandırmaq olar. Çünki məhz bu görüşdən sonra rusiyalı diplomatlar hədə dili ilə ABŞ-da casusluq məqsədilə istifadə etdikləri diplomatik binaların geri qaytarılmasını tələb etməyə başladılar.

Bütün bu olanlardan sonra Tramp və Rusiya münasibətləri ilə bağlı Ağ Evin dürüstlüyünə inam sıfıra enib”, - müəllif belə bir nəticəyə gəlir.
The Los Angeles Times da Trampın G20 ölkələrini sammitində Putinlə heç kimə rəsmi məlumat vermədən görüşməsini sərt tənqid edib.
“Burada bir problem ortaya çıxır. Bizim impulsiv və hər şeyə görə özündən çıxan prezidentimiz ruslara söhbətin bütün ssenarisini istədiyi kimi yazmağa imkan verib”, - məqalə müəllifi Skot Marrel yazır.

İkinci problem isə Trampın Putinlə improvizasiyalı söhbətə (əgər həqiqətən belə olubsa) aludə olmasındadır.

“Trampın riyakarlığı heç bir hüdud tanımır. Onun seriya xarakterli yalanları hər hansı məsələdə inam yaratmağa imkan vermir. Bu, Trampın iddia etdiyi kimi, Putinlə 1 saatlıq deyil, cəmi 15 dəqiqə söhbət apardığı barədə xəbərlərə də aiddir”, - müəllif yazır./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26