Interposta.Info

Donald Tramp:

Dünya
 4-08-2017, 15:16     9 965

Siyasi ekspertlər prezidentin bunu bəhanə edərək Konqresin Rusiyaya qarşı yeni qanununu sabotaj edə biləcəyini söyləyirlər

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, nəhayət ki, prezident tərəfindən rəsmi surətdə təsdiqləndi. Lakin qanunun imzalanması şəkli belə Trampın bu məsələdə nə dərəcədə könülsüz olduğunu aşkara çıxardı.

Almaniyanın “Spiegel” qəzetinin yazarı Mark Pitskenin yazdığı kimi, bütün qanunları hər kəsin gözü önündə, həm də canlı yayımla imzalamağı xoşlayan prezident son imzasını rəsmi bildirişlə elan etməklə kifayətləndi. Tramp bununla bağlı ilk bəyanatını da televiziyalar qarşısında deyil, Ağ Evin rəsmi saytında bildirməyi üstün tutub.

“The Washington Post” isə prezidentin imzaladığı qanunun anti-konstitusion olduğu barədə sözlərinə diqqət çəkib.
Qəzetin rəyinə görə, bu Trampın qanunun bütün müddəaların əməl edəcəyinə dair şübhələri daha da artırır.

“Tramp konstitusiyanın müddəalarını yalan şərh edir. Konqresin xarici ticarət sahəsində geniş səlahiyyətləri var. Konstitutiya ona əcnəbi dövlətlərlə ticarəti nizamlamağa imkan verir”,- “Fletçer hüquq və diplomatiya məktəbi”ndən Maykl Qlennon fikrini bildirib.

“USA Today” qəzetində də eyni məsələyə diqqət çəkilib.

“Görürsünüz də, prezident xarici siyasətdə öz reputasiyasını necə qorumağa çalışır”, - “Vaşinqton və Li universiteti”nin hüquq professoru Mark Raş hiddətlə məqalə müəllifi Qreqori Korta bildirib.

Müəllifin rəyini öyrəndiyi Mayami universitetinin politologiya kafedrasının müdiri Brayan Marşal prezidentin konstitusion etirazını onun qanunu necə icra edəcəyini indidən ortaya qoyduğunu söyləyib.

Qərb mətbuatının fikrincə, Trampı əsl əsəbiləşdirən məsələ sanksiyaların əslində yalnız Putinə qarşı deyil, həm də onun əleyhinə olduğunu düşünməsindədir.

“Rusiya faktoru ABŞ siyasətinin uzun ilər boyunca ən vacub tərkib hissəsi olaraq qalacaq. Mövzu o qədər zəhərlidir ki, indən belə heç bir ABŞ siyasətçisi açıq şəkildə Moskva ilə münasibətlərin düzəlməsinə çalışmağa cürət edə bilməz. Ona görə də konfrontasiyadan qurtulmağın konkret yolu yoxdur”, - Almaniyanın “Die Welt” qəzetindən Yuliya Smirnova yazır.

“Chicago Tribune” iqtisadi sanksiyaların qərardan çox simvil olduğunu vurğulayır.

“Heç şübhəsiz, qanun yalnız Putinə qarşı yönəlməyib. O həm də Trampa qarşı qəbul olunub. Bütün bunlar Kapitoli təpəsində (Konqresin sinonim adlarından biri-red.) heç kimin Putinlə münasibətlərdə Trampa güvənmədiyini göstərir”, - məqalə müəllifi Stv Çepmen yazır.
Yuxarıda adı çəkilən “Spiegel” qəzetinin yazarı Mark Pitske məqaləsində Trampın sanksiyalarla bağlı son sözü söyləmədiyi qənaətindədir.
Jurnalistin fikrincə, Tramp qanunu imzalamaqla öncə qanunverici palataya, daha sonra qanun və onu qəbul edənlərin əleyhinə sərf etdiyi sözlərlə isə Putinə barışdırıcı mesaj vermiş olub:

“Trampın bəynaatından görünür ki, o, ya qanunda hansısa boşluq axtarıb onu tam həcmdə icra etməməyə çalışacaq, ya da onu məhkəmə yolu ilə mübahisələndirəcək. ABŞ prezidenti qanunun onun xarici siyasətlə bağlı konstitusiyada göstərilən eksklüziv hüquqlarını pozduğunu dəfələrlə vurğulayıb”.

Bir sıra müəlliflər Konqresin Rusiya məsələsində vahid duruş sərgilədiyinə diqqət çəkərək onun prezidentin hər manevrinə hazır olduğunu qeyd edirlər.

“Yeni Rusiya sanksiyaları artıq qanundur. Qanunvericilər indi yalnız Rusiyanın təbliğatı ilə mübarizə aparmağa can atmırlar. Onlar həm də Rusiyanın siyasi proseslərə, seçklərə təsirini araşdırırlar. Əgər Tramp bu problemi görməzdən gəlsə Konqres ona bir çox məsələləri xatırlatmağa şad olacaq”, - “The Atlantic” jurnalından Krişnadev Kalamur yazır./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26