Interposta.Info

Türkiyə ilə aktiv şəkildə təmas qururuq -

Dünya
 17-07-2017, 21:58     662

Türkiyə ortaq maraqları üstün tutan inkişaf etmiş bir ölkədir.

Axar.az xəbər verir ki, bu sözləri Mİ-38, Mİ-28 və Kamov Ka-52 kimi helikopterlərin istehsalçısı, "Russian Helicopters"in baş dizayneri Nikolay Pavlenko Türkiyə ilə Rusiya arasında helikopter mühəndisliyi sahəsindəki iş birliyi haqqında ona verilən sualları cavablandırarkən deyib.

"Hələlik önümüzdə məhsullarımızın satışını artırmaq, yeni helikopter modellərini beynəlxalq bazara tanıtmaq, satış sonrası xidmətləri təkmilləşdirmək kimi vəzifələrimiz var. İstifadəçilərin məhsullarımızdan razı qalması, işimizlə bağlı şübhə etməmələri üçün çalışırıq. Bunlardan biri də Türkiyədir. Türkiyədə işimizi həyata keçirdiyimiz bir mərkəz var. Türkiyə ilə aktiv şəkildə təmas qururuq. Bu ölkə iş birliyimizi artırmağımız lazım olan ölkələrdəndir", - Pavlenko deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26