Interposta.Info

Türkiyə artıq Avropanın müttəfiqi deyil -

Dünya
 30-03-2017, 07:24     421

Türkiyə artıq Avropanın müttəfiqi deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.

“Onların təsəvvüründə canladırdıqları bugünkü Liviya, Misir, Tunis, Suriya, İraq və s. ərəb ölkələridir. Onların təsəvvürü qan və göz yaşıdır. Artıq Avropanın müttəfiqi deyilik. Türkiyə bütün dünya dövlətləri ilə münasibət yarada bilən bir ölkədir. Türkiyə öz ayaqları üzərində duran, gələcəyə inamla baxa bilən bir ölkədir. Hazırda yaşanan proseslər Avropa Birliyindən ayrılma mərhələsi deyil. Əlaqələrimizə yeni baxış prizmasıdır”, - nazir əlavə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26