Interposta.Info

Bu 3 ölkə mediası erməni vəhşiliyindən yazdı -

Dünya
 7-07-2017, 07:36     467

Rumıniya, Bolqarıstan və Xorvatiya KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri qanlı cinayətdən yazır.

Axar.az xəbər verir ki, belə ki, Rumıniyanın “Amosnews” xəbər agentliyi, “Romania TV” televiziyası, Bolqarıstanın “Fokus” xəbər agentliyi və nüfuzlu “Standard” qəzeti, Xorvatiyanın “HİNA” milli xəbər agentliyi və digər qəzetlər hadisə ilə bağlı ətraflı məlumatlar yayıb. Qeyd edilib ki, iyulun 4-də axşam saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 82, 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu təxribat nəticəsində kənd sakinləri Allahverdiyeva (Quliyeva) Sahibə İdris qızı, onun nəvəsi Quliyeva Zəhra Elnur qızı həlak olub, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaq xəstəxanaya çatdırılıb. Atəş nəticəsində mülki obyektlərə və evlərə ciddi ziyan dəyib. Azərbaycanın hadisə ilə əlaqədar mövqeyi təqdim edilib.

interposta.info
Bu 3 ölkə mediası erməni vəhşiliyindən yazdı -
Bu 3 ölkə mediası erməni vəhşiliyindən yazdı -
Bu 3 ölkə mediası erməni vəhşiliyindən yazdı -
Bu 3 ölkə mediası erməni vəhşiliyindən yazdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26