Interposta.Info

“Aşağı zəkalı psixopat...” - Trampdan şok tveetlər

Dünya
 30-06-2017, 07:30     485

ABŞ öz partiyası olan respublikaçılara yaxınlığı ilə tanınan Co Skarboro ilə sevgilisi Mika Bjezinskinin MSNBC kanalında apardığı sabah proqramı “Morning Joe”da onu tənqid edən sözlər sərf edilincə əsəbləşib və telefonunu əlinə alıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu səhərki proqramda Trampa aid olan bir qolf klubunda, üz qapağında Trampın əks olunduğu və onun haqqında sözlərin əks olunduğu saxta bir “Time” jurnalının gündəmdə olması məsələsi müzakirə olunmuşdu. Tramp verilişdən dərhal sonra aşağıdakı tveeti yazıb: “Aşağı reytinqli “Morning Joe” verilişində haqqımda pis danışıldığını eşitdim. (mən artıq bu verilişi izləmirəm). O zaman aşağı İQ-lu dəli Mika yanında psixopat Co ilə yeni il ərəfəsində niyə yanıma gəlib, mənimlə yemək yemək istədilər”..
“Aşağı zəkalı psixopat...” - Trampdan şok tveetlər

Tramp eyni zamanda qeyd edib ki, “qadın televiziyaçının üzü estetikə görə qan içində olduğu üçün onun yemək təklifini də qəbull etməyib”.

Bu ifadələr Amerikada böyük səs-küyə və etiraza səbəb olub. MSNBC kanalı ilə yanaşı çox sayda respublikaçı partiya üzvü də Trampı qınayıb. Tramp “bir prezidentə yaraşmayan sözlərdən istifadə etmək, medianı susdurmağa çalışmaq və qadınlara qarşı cinsi ayrı-seçkilkdə günahlandırılır”.

MSBNC kaynaqları isə hər iki televiziyaçının Yeni il bayramı ərəfəsində Trampən istirahət etdiyi, özünə aid olan Mar-a-Lagodakı malikanəsində müsahibə vermək istədiyini təsdiqləsə də, Trampın öz tveetində iddia etdiyi kimi, “Yeni il ərəfəsində onunla yemək yemək” tələblərinin olmadığını açıqlayıb.

Respublikaçı Konqres üzvlərinin belə etiraz etməsinə baxmayaraq, Tramp geri addım atmayıb. Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders isə prezidentin tvitlərini müdafiə edib: “Atəşə atəşlə qarşılıq verən bir prezidentimiz var. Liberal medianın özbaşınalıq etməsinə icazə vermək olmaz. O verilişdə mənə də dəfələrlə hücum ediblər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26