Interposta.Info

ABŞ-da xarici aviareyslər üzrə yeni təhlükəsizlik tədbirləri açıqlanıb

Dünya
 29-06-2017, 12:00     400

ABŞ ölkəyə daxil olan uçuşların təhlükəsizliyinin artırılması üçün yeni sərt tədbirlərin siyahısını açıqlayıb, təyyarə bortunda noutbuk qadağası isə dayandırılıb.

Bu ilin mart ayında ABŞ əhalisi əsasən müsəlmanlardan ibarət olan 8 ölkədən olan uçuşlarda təyyarə bortuna noutbukların çıxarılmasını qadağan edib. Bu, partlayıcı qurğuların noutbuklara qoşula biləcəyi ehtimalına görə baş verib.
Yeni təhlükəsizlik tədbirləri dünyanın 105 ölkəsindən ABŞ-a olan bütün reyslərində sərnişinlərin yoxlanılmasının gücləndirilməsini nəzərdə tutur.

Hava yolları şirkətləri yeni tələbləri 120 gün ərzində yerinə yetirməlidir, əks halda bütün sərnişinlər təyyarə bortuna elektronik cihazlar keçirilməyə qadağa ilə üzləşə bilər.

Tələbləri yerinə yetirməyən hava yolları şirkətləri hətta ABŞ-a uçmaq hüququnu itirə bilərlər.

ABŞ-ın Milli Təhlükəsizlik Katibi John Kelly çərşənbə günü yeni tədbirlər barədə deyib:

"Səhv eləməyin: Bizim düşmənlərimiz daim partlayıcı maddələri gizlətmək, öz adamlarını yerləşdirmək, təyyarə qaçırmaq üçün yeni üsullar tapmağa çalışır".

Cənab Kelly bildirib ki, son olmayacaq yeni tədbirlərə daxildir:

Ümumi sərnişin yoxlaması gücləndirilib

Şəxsi elektron cihazların nümayişi gücləndirib

Təyyarə ətrafında və sərnişinlərin olduğu sahələrdə təhlükəsizlik protokolları artıb

Kinoloji yoxlama genişləndirilib
ABŞ-da xarici aviareyslər üzrə yeni təhlükəsizlik tədbirləri açıqlanıb


Tədbirlər 280 hava limanı və 180 hava yolları şirkətini əhatə edəcək və gün ərzində orta hesabla 325 min sərnişin daşıyan 2100 təyyarə reysinə təsir edəcək.

Hava yolları şirkətləri təyyarə bortunda noutbuk qadağası tədbirinə görə rahat nəfəs nəfəs alacaq. Bir çox hava yolları şirkəti bu qadağanın yüksək gəlirli biznes müştərilərini səyahətdən saxlaya biləcəyindən qorxurdu.

Milli təhlükəsizlik rəsmiləri bildirib ki, noutbuk qadağasının tətbiq edildiyi ilk ölkələr də yeni tədbirlərə əməl edəcəyi təqdirdə bu qadağanı sonlandıra bilərlər.

Hazırda Türkiyə, Mərakeş, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdən ABŞ-a olan reyslərdə "smartfonlardan daha böyük" cihazların təyyarə bortuna çıxarılması qadağandır.

Böyük Britaniya da altı ölkədən uçuşlara bənzər qadağanı tətbiq edib./BBC/

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26