Berdımuhamedov Qədr gecəsi münasibətilə əfv fərmanı imzalayıb

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedov Ramazan ayında Qədr gecəsi ilə əlaqədar əfv fərmanı imzalayıb.
Trend-in məlumatına görə, bu fərman çərçivəsində 1029 məhbus cəzaların qalan hissələrindən azad ediləcək.
Q. Berdımuhamedov əfv olunanların məşğulluq məsələsinin həll olunması üçün müvafiq orqanlara tapşırıqlarını da verib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26