Moskvada qasırğa -

Moskvada qasırğa nəticəsində 11 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb.
interposta.info xəbər verir ki, BakuPost.az-ın məlumatına görə, həlak olanlar arasında azyaşlı uşaqlar var.
***
18:52
Bazar ertəsi Moskvada 6 nəfər qasırğa nəticəsində həyatını itirib.
interposta.info "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri Yuliya İvanova məlumat verib.
"Moskvanın şimal-şərqində, cənub-qərbində və şərqində qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb. Aldığı xəsarətlərdən 5 nəfər hadisə yerində ölüb. Bundan əlavə, elə həmin gün güclü külək nəticəsində Kirovoqradsk küçəsində dayanacağın konstruksiyası qırılıb. Nəticədə yaşlı kişi hadisə yerində ölüb", - deyə İvanova bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26