Rusiyada 60 karatdan artıq almaz tapıldı -

Rusiyanın Yakutiya respublikasındakı mədəndə 60,32 karatlıq almaz tapılıb.
Publika.az xəbər verir ki, sarıya çalan qiymətli daşın qiyməti də artıq müəyyənləşib. Ekspertlər almazın qiymətinin 174,5 min dollar olduğunu hesablayıblar.
Qeyd edək ki, “Dağlıq” adlanan mədən 1956-cı ildə qazılıb. Mədən Mirni şəhərindən 26 km aralıda yerləşir. Bu günə qədər tapılmış ən böyük almazdır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26