Birinci ledilərin arasındakı “kişi” kimdir -

Brüsseldə keçirilən NATO zirvə toplantısı çərçivəsində ölkələrin birinci xanımları foto çəkdiriblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu foto böyük marağa səbəb olub.
Belə ki, görüntüdə Fransa prezidentinin xanımı Bricit Makron, Türkiyə prezidentinin həyat yoldaşı Əminə Ərdoğan, ABŞ-ın birinci xanımı Melaniya Tramp, Belçika kraliçası Matilda, NATO-nun baş katibi Yens Stoltenberqin xanımı İnqrid Şulerud, Bolqarıstan prezidentinin xanımı Desislava Radeva, Belçikanın baş nazirinin xanımı Ameli Derbudenyen, Sloveniyanın baş nazirinin xanımı Moyça Stropnik və İslandiyanın birinci xanımı Tora Maqret Baldvinsdottirlə yanaşı, Lüksemburqun baş naziri Ksavye Bettelin "xanımı" "mavi" Qotye Desteney da olub.
Belçikalı memar Qotye ilə baş nazir Ksayve 2015-ci ildə evlənib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26