Interposta.Info

FETÖ-çu generaldan şok ifadə:

Dünya
 25-05-2017, 08:40     1 971

Bu mənfur çevriliş cəhdi Baş Qərargah rəisi, Hərbi Qüvvələrin komandanlığı və Milli İstehbarat Təşkilatının (MİT) rəhbərinin planı, məlumatı və idarəçiliyi ilə həyata keçirilib.

Axar.az xəbər verir ki, bu sözləri 15 iyul qiyamında ittiham edilən Quru Qoşunlarının keçmiş generalı Ərhan Caha məhkəmədə ifadəsi zamanı deyib.

“Məhkəmə qarşısında şahid kimi ifadə versələr də, bu həqiqət ortaya çıxacaq. 15 iyul gecəsi gələn təlimat səbəbilə Türkiyə Silahlı Qüvvələri (TSQ) qiyam cəhdinə sövq edilmişdi. Kimdir bu planın arxasında olanlar? 16 iyulda olayın mahiyyəti bəlli olduqda, gördüm ki, TSQ tələyə salınıb və mən də bu tələnin qurbanlarından biriyəm”, - Caha bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26