Interposta.Info

Ərdoğana sui-qəsd hazırlayan Qusar sakini çıxdı

Dünya
 23-05-2017, 15:00     659

Ankarada mayın 21-nə keçən gecə polislə atışmada öldürülən iki İŞİD-çi də Azərbaycan vətəndaşlarıdır.

Virtualaz.org xəbər verir ki, onların kimlikləri hələ açıqlanmayıb.

Bununla belə terrorçuları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən yaxalanan digər İŞİD üzvünün Azərbaycan vətəndaşı Abhüseyn Cəlilov olduğu açıqlanıb. O, Qusar rayonunun Yasab kəndinin sakinidir, 1993-cü ildə anadan olub. NTV telekanalı terrorçunun sürücülük vəsiqəsinin fotosurətini yayıb.

Xatırladaq ki, Ankarada öldürülən terrorçuların hakim AKP-nin ötən bazar günü keçirilən növbədənkənar qurultayına qarşı terror hücumu planlaşdırdıqları açıqlanıb. Ankara valisi Ercan Topaca jurnalistlərə bildirib ki, bu terrorçuların izinə İstanbulda yaxalanan Azərbaycan vətəndaşının ifadəsi əsasında düşmək mümkün olub. Həmin şəxs iki İŞİD üzvünü kirayə avtomobillə Ankaraya aparıb və paytaxtın mərkəzi rayonlarından birində kirayələnmiş mənzilə yerləşdirib. Terrorçuların qaldıqları evdən “Kalaşanikov” avtomatları, çoxsaylı əl qumbaraları, partlayıcılar aşkarlanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26