Interposta.Info

Tramp: Yalandan Allahın adını çəkəndə...

Dünya
 22-05-2017, 09:35     580


ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb və müsəlman liderlərinin ekstremizm əleyhinə sammitində müsəlman dünyasını terrorizmə qarşı birliyə çağırıb.

Axar.az xəbər verir ki, Tramp ABŞ-ın ekstremizmin kökünün kəsilməsi kimi bir məqsəd ətrafında birləşən ölkələrin koalisiyasını yaratmağa çalışdığını deyib:

"Bu, müxtəlif dinlər, məzhəblər və siviliziyalar arasında mübarizə deyil. Bu, insan həyatını məhv etmək istəyən vəhşi kriminallar və onu qorumağa çalışan bütün dinlərə mənsub insanlar arasında bir mübarizədir. Amerika suveren bir ölkədir və bizim bir nömrəli prioritetimiz vətəndaşlarımızın təhlükəsizliyidir. Biz mühazirə oxumaq, başqalarına necə yaşamalı, nə etməli olduqlarını, nəyə ibadət etməli olduqlarını demək üçün burada deyilik. Bunun əvəzinə, daha yaxşı gələcək naminə bölüşdüyümüz birgə maraqlar və dəyərlərə əsaslanan tərəfdaşlıq üçün buradayıq. Hər dəfə bir terrorçu günahsız insanı öldürəndə və yalandan Allahın adını çəkəndə, bu, hər bir mömin üçün təhqir olmalıdır".

Terrorizm bütün dünyada yayıldığını deyən Tramp sülhə aparan yolun burada, bu qədim və müqəddəs torpaqda başladığını bildirib:

"Amerika birgə maraqlarımız və ümumi təhlükəsizliyin təmin edilməsində sizinlə çiyin-çiyinə dayanmağa hazırdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26