Interposta.Info

ABŞ SSRİ-ni buradan dinləyirdi:

Dünya
 19-05-2017, 21:01     621

ABŞ və SSRİ Soyuq müharibə illərində bir-birlərinin fəaliyyətlərini araşdırmaq üçün yaxın ərazilərdə hava bazası qurmuşdular. SSRİ bu bazanı Kubada, ABŞ isə Türkiyədə yaratmışdı.

Türkiyənin Kocaeli Muzeyinin müdiri Rıdvan Gölcük illər sonra bu məsələ ilə bağlı danışıb. O, Kocaelinin Qaramürsəl mahalında ABŞ-ın hava bazası və kəşfiyyat fəaliyyəti göstərən “Fil qəfəsi” adlı hissənin varlığından söz açıb:

“Qaramürsəl bazası 1950-ci illərdə ortaya çıxdı. ABŞ buradakı “Fil qəfəsi” vasitəsi ilə SSRİ-ni dinləyirdi. 1961-ci ildə Yuri Qaqarin kosmosa uçanda bundan xəbər tutan ilk xarici bölgə Kocaeli oldu. ABŞ da məhz Kocaeli vasitəsi ilə bu xəbəri öyrəndi. Hətta MKİ-nin keçmiş rəhbəri də bu haqda yazmışdı. Bu, bizim üçün çox mühüm və tarixi məsələdir”./axar.az

Qeyd edək ki, Yuri Qaqarin 12 aprel 1961-ci ildə “Vostok” gəmisində kosmosa uçaraq 108 dəqiqə dövr edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26