Buzlar əridi, ABŞ-ın gizli nüvə bazası ortaya çıxdı - FOTO
Qrenlandiyada qlobal istilik səbəbindən əriyən buzlaqlar qorxunc bir təhlükəni ortaya çıxarıb
AzNews.az xəbər verir ki, İngiltərənin "Independent" qəzetinin xəbərinə görə, ABŞ-ın illər öncə bölgədə quraşdırdığı nüvə bazası buzların əriməsi nəticəində ortaya çıxır. Buzlar əridikdən sonra tonlarla kimyəvi maddə dənizə qarışa bilər.
Bölgədə araşdırma aparan ekspertlər qlobal isinmədən dolayı Qrenlandiyadakı böyük buz kütlələrinin çökməsilə gizli nüvə təbəqəsinin də çökə biləcəyini qeyd edirlər.
Soyuq müharibə zamanında 200 nəfərlik bir komanda tərəfindən nüvə enerjisi ilə inşa edilən bu şəhər Amerika tərəfindən "Project Iceworm-Iceworm" adlandırılır.
Şəhərin altında 4000 kilometr uzunluğundakı tuneldə SSRİ-yə qarşı istifadə olunmaq üçün 600 ədəd ballistik raket yerləşdirilib. Soyuq Müharibə zamanında hökumətlərin gizli çalışmalarının ən böyük sübutları olan şəhər buzlaqların altında sirr olaraq qalır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26