Interposta.Info

Türkiyədən torpaq alınması üçün plan qurulur - Türk general

Dünya
 15-05-2017, 12:17     532

İraq və Suriyada baş verənlər bizim üçün təhdiddir.

Bunu “Sözcü”qəzetinə açıqlamasında ehtiyatda olan türkiyəli general Osman Pamukoğlu söyləyib.


“Bəzi addımları atmaq üçün gecikirik. Türkiyədəki NATO və ABŞ bazalarıyla bağlı yeni format tətbiq edilməlidir. İraqda Bərzani sayəsində Kürdüstanın quruluşu tamamlandı. İndi isə Suriyada Kürdüstan qurulur. ABŞ bu gün partizan dəstələrini orduya çevirir. Bunun adı “dövlətdir”.

Qonşumuz İraq və Suriyada qurulacaq Kürdüstanın təsirləri bizə də olacaq. Ölkəmizdə muxtariyyət kimi tələblər dilə gətiriləcək. Kürdüstanın qurulması tarixini ABŞ hələlik hərbi və siyasi səbəblər ucbatından ertələyir.

Onlar bizi bu prosesdən uzaq tuturlar. Suriya Kürdüstanı ilə əlaqədar işlərdə ancaq ABŞ-ın adı çəkilir, lakin bu prosesin içində İngiltərə, Rusiya və Fransa da var. Onlar Afrin (Suriya vilayəti – red.) vasitəsilə enerji nəqlinin necə həyata keçiriləcəyini müzakirə edirlər. Ağıllarına gələn ilk yer İsgəndərun limanıdır. Bunun anlamı isə yaxın zamanlarda Türkiyədən torpaq alınacağıdır”, – deyə o bildirib./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26