Interposta.Info

Dayənin uşağa qarşı VƏHŞİLİYİ -

Dünya
 14-05-2017, 07:22     793

Ukraynalı dayənin uşağa verdiyi işgəncələr kamera görüntüləri ilə sübut edilib. Hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Publika.az bu ölkə mətbuatına istinadən xəbər verir ki, S.E. adlı iş adamı 6 ay əvvəl uşağına baxması üçün Nadia Şapoval adlı ukraynalı dayəni işə götürüb. Bir müddət sonra isə ana uşağın bədənində göyərmələr müşahidə edib və bu barədə ərinə danışıb.
Onlar baxıcıdan şübhələnərək evin müxtəlif otaqlarına kamera yerləşdiriblər. Lakin onlar kamera görüntülərinə baxıcını işdən çıxarandan sonra baxıblar. Görüntülərdə onun uşağı necə döydüyü sübut edilib.
Bu barədə polisə məlumat veriblər. Axtarışdan sonra qadını başqa bir şəhərdə saxlayıblar. Lakin dayə nə üçün uşağa qarşı belə davranması ilə bağlı heç nə deməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26