Interposta.Info

PKK-ya ağır zərbə —

Dünya
 12-05-2017, 07:35     512

Türkiyədə terrorra qarşı əməliyyatlar davam edir.
interposta.info
“Ölkə.Az”-a istinadən xəbər verir ki, Qaziantep vilayətində keçirilən əməliyyat zamanı PKK-nın fəaliyyətini sosial şəbəkələrdə təbliğ etməkdə ittiham olunan fransalı jurnalist Matias Depardon saxlanılıb. Tərcüməçisi ilə birlikdə yerli polis əməkdaşları tərəfindən saxlanılan jurnalist dindirilib.

Dindirildikdən sonra jurnalist məhkəmə qarşısına çıxarılıb. Məhkəmə Matias Depardonun ölkədən deportasiya olunmasına dair qərar qəbul edib. Hazırda onun Qaziantep əyalətinin Miqrasiya İdarəsində saxlanıldığı bildirilir. Depardonun vəkilləri məhkəmə qərarının ləğv olunmasına dair iddia qaldırıblar.

Digər əməliyyat isə Muş vilayətində keçirilib. Türkiyə Xüsusi Təyinatlılar və Terrorla Mübarizə İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində PKK terrorçularının gizləndiyi ərazi aşkarlanıb.

Əməliyyat zamanı bölgədə gizlənən 16 nəfərdən ibarət terror qrupunun yeri müəyyən edilib. Terrorçular mühasirəyə alınıb. Terrorçulara təslim olmaq üçün müəyəyn vaxt verilib. Vaxt müddəti keçdikdən sonra terrorçular şiddətli atəşə tutulublar.

Digər əməliyyat zamanı isə 1974-cü il təvəllüdlü, “Roni” kod adlı Mehmet Aydın öldürülüb. Uzun müddət axtarışda olan terrorçu keçirilən əməliyyat zamanı polislərə qarşı müqavimət göstərərkən vurulub.
PKK-ya ağır zərbə —

Uzun müddət axtarışda olan Roni” kod adlı terrorçu bir çox terror aktlarının keçirilməsində birbaşa iştirak edib. Sonuncu dəfə aprel ayında Türkiyədə 3 polisi öldürüb, 6 hərbçinin yaralayan terrorçunu başından vurublar.

Qeyd edək ki, Türkiyədə terrorçulara qarşı əməliyyatlar sürətlənib. Mayın 7-də Türkiyənin xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı "Doktor Aydın" kod adlı terrorçu həbs edilib. O, Türkiyədə bir çox bombalı hücum aksiyası planlaşdırıb.

Bu ilin mart ayında Diyarbəkirdə keçirilən əməliyyat zamanı PKK terror təşkilatına böyük zərbə vurulub. Əməliyyatda 7 mindən çox hərbçi, 5 mindən çox polis əməkdaşı, 17 hərbi helikopter və zirehli avtomobil iştirak edib. Əməliyyat 18 kənd və qəsəbə daxilində aparılıb.

Keçirilən əməliyyat zamanı terrorçuların gizləndiyi zirzəmi aşkar edilib. Əməliyyat çərçivəsində bir neçə qəsəbədə PKK-ya məxsus obyektlər dağıdılıb. Keçirilən əməliyyata müdaxilə etmək istəyən terrorçulara qarşı tədbirlər görülüb. Polisin “təslim ol” əmrinə tabe olmayaraq onlara atəş açan terrorçuların 19-zu məhv edilib.

Xatırladaq ki, Türkiyədə ötən ilin dekabr ayından başlayaraq terrora qarşı əməliyyatların keçirilməsi intensivləşib. Türkiyə Təhlükəsizlik və Asayiş Şöbəsi, Terrorla Mübarizə İdarəsi və polis tərəfindən 3 ay ərzində keçirilən əməliyyatlar zamanı 10 mindən çox FETO və PKK mənsublu terrorçular həbs edilib. Minlərlə terrorçu isə ədalətə təslim olmadığı və silahlı mübarizə apardığı üçün öldürülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26