Interposta.Info

ABŞ MKİ-si Şimali Koreyanı hədəfə götürdü –

Dünya
 11-05-2017, 15:11     460

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ - CIA) missiyası Şimali Koreya olan mərkəz yaratdı. Mərkəzin əsas vəzifəsi Şimali Koreyanın nüvə proqramını, ballistik raket sınaqlarını və lider Kim Çen Inı araşdırmaqdır. Mərkəzin yaradılmasında məqsəd Koreya yarımadasındakı potensial təhlükələrə fokuslanmaqdır. Mərkəz kəşfiyyatın bütün resurslarından istifadə etmək səlahiyyətinə malik olacaq. “Burada Şimali Koreya məsələsini araşdırmaq üçün MKİ-nin təcrübəli zabitləri və məsul şəxslər Pxenyandan gələcək hər hansı bir təhlükəyə qarşı mübarizə aparacaqlar”, – MKİ-nin bəyənatında deyilir.

Mərkəzin niyə indi yaradıldığı sualına MKİ direktoru Mayk Pompeo cavab verib. O bildirib ki, son aylarda Şimali Koreyanın hərbi gücünü artırmaq məqsədilə həyata keçirdiyi nüvə proqramı və balllistik raket sınaqları buna əsas verdi. “Mərkəzin yaradılması bizim bu məsələyə fokuslanmağızı və operativ işləməyimiz üçündür”, - direktor deyib.

MKİ-nin keçmiş bölmə şefi Bryus Klinqner zamanlamanın son hadisələrlə bağlı olmadığını deyib. “Burada Amerikaya qarşı ciddi təhlükə var, mərkəzə bütün resurslardan istifadə etmək səlahiyyəti də ona görə verilib”- Klinqer deyib (CNN).
İndiyə qədər MKİ-də 10 mərkəz fəaliyyət göstərir, yeni yaradılan mərkəz 11-cidir.

MKİ keçmiş baş analitiki Con Nikson bildirib ki, bu Trampın xarici siyasətinin MKİ tərəfindən tanındığının bəyanatıdır. “Çox güman ki, gündə iki dəfə Tramp Administrasiyasına hesabat veriləcək”,- Nikson bildirib.

Görünən odur ki, Trampın siyahısında ən başda Şimali Koreya məsələsi dayanmaqdadır və MKİ-də də mərkəz yaradılması Seuldakı MKİ-nin bürosunu gücləndirəcək. Seuldakı büroya məsələ ilə bağlı təcrübəli, yüksək nüfuzlu MKİ rəhbərinin təyin olunacağı təxmin edilir (CNN).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26