Interposta.Info

Trampdan Ermənistana ŞOK SANKSİYA: Sarkisyanın üzərindən XƏTT ÇƏKİLDİ

Dünya
 11-05-2017, 14:00     1 427

ABŞ Ermənistanda parlament seçkilərinin saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi prosesinə başlayıb.

Publika.az xəbər verir ki, parlament seçkilərini saxtalaşdırmaqda şübhəli bilinən hakim Respublika Partiyasının bir sıra üzvünün ABŞ hökumətinin maliyyələşdirdiyi layihələrdə iştirakına qadağa qoyulacaq.

“Jamanak” qəzeti öz mənbələrinə istinadən yazır ki, sanksiyalar tətbiq ediləcək şəxslərin adı “qara siyahı”ya salınacaq və onların ABŞ-a girişi qadağan olunacaq.

“Ermənistan Prezident Administrasiyası ABŞ səfirliyindən kimlərin adının “qara siyahı”ya salındığı haqda dəqiq informasiya öyrənməyə çalışır. Lakin ABŞ bu şəxslərə qarşı təkcə sanksiyalar tətbiq etməklə kifayətlənməyəcək, həmçinin, onların qohumlarının da adını “qara siyahı”ya salacaq. İstisna deyil ki, ABŞ şirkətləri öz investisiyalarının bir hissəsini də Ermənistandan çıxaracaq”, - deyə mənbə qəzetə danışıb.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz aprelin 2-də keçirilən parlament seçkilərində rüşvət hadisələri, inzibati resursların tətbiqinin geniş yayılması və seçicilərə təzyiqlərlə bağlı dəqiq məlumatlar əldə etdiyini açıqlamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26