Interposta.Info

Trampın gizli planlarını ifşa edən

Dünya
 5-05-2017, 13:53     444

Ağ evi ziyarət edən ravvinin Donald Trampın Strateji məsələlər üzrə baş köməkçisi Stiv Bənnon ilə çəkdirdiyi şəkil skandala səbəb olub.

"interposta.info" "Economist"ə istinadən xəbər verir ki, Vaşinqtonun tanınmış ravvinlərindən olan Şmuli Botiç "İsrailin Müstəqillik günü" münasibətilə Ağ evi ziyarət edib və Stiv Bənnonla şəkil çəkdirərək "twitter" hesabında paylaşıb. Minlərlə insan tərəfindən paylaşılan şəklin arxa planındakı lövhədə Trampın bəzi planları yazılıb.

Qeyd edək ki, lövhədə "Suriya miqrant proqramının dayandırılması", "Terror hadisələrinin baş verdiyi ölkələrdən miqrantların ölkəyə girişinin qarşısının alınması", "Qeyri-qanuni miqrantlarla mübarizə" kimi vacib planlar yazılıb.

interposta.info
Trampın gizli planlarını ifşa edən

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26